İker Kasilyas "Real"dakı keçmiş komanda yoldaşı Serxio Ramosun klubda 100-cü qolu vurmasına münasibət bildirib.
O, tvitter hesabında yazıb:
"100 qol bir müdafiəçi üçün həddən artıqdı. Təbriklər, Serxio!"
Ramos Çempionlar Liqasının III turunda "İnter"lə ev matçında (3:2) fərqlənərək, klubda qol sayını 100-ə çatdırıb.
