Rıza Çalımbay: "Qarabağ"a qarşı oyun asan görünürdü, amma..."

01:11 - 6 Noyabr 2020

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la oyundan sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:

"Qələbə qazandığımıza görə xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. Oyun ərzində üstünlüyə sahib idik. İlk hissədə  çox qol epizodlarından istifadə edə bilmədik. Qrupdakı bütün matçlarda qol vurduq. Bugünkü qarşılaşma asan görünürdü, amma çox motivasiya olduq. Bu gün  yaxşı mübarizə apardıq. Bəzi vaxtlar mükəmməl oynadıq. Qazandığımız inamlı qələbə bizə mənəvi kömək olacaq".

Xəbər xətti