Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər

11:37 - 6 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportal.az xəbər verir ki, Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı bu ada iddialıdı.

Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.

Xəbər xətti