Arazın komandasında 3 yoluxma

13:20 - 6 Noyabr 2020

Azərbaycan millisinin üzvü Araz ABdullayevin formasını geyindiyi Türkiyənin "Boluspor" klubunun kollektivi koronavirus testindən keçib.

Sportal.az xəbər verir ki, nəticədə 3 futbolçuda və 3 klub işçisində koronavirus aşkarlanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxanların adları açıqlanmayıb. Onların hamısı karantinə alınıb.

Xəbər xətti