Millimizin rəqibi Portuqaliya və İtaliya ilə oynamaqdan imtina edib

14:50 - 6 Noyabr 2020

Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi ilə qarşılaşacaq Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luk Holts keçirdiyi mətbuat konfransında bildirib.

51 yaşlı mütəxəssis yoldaşlıq görüşü üçün onlara Portuqaliya və İtaliyanın onlara müraciət etdiyini söyləyib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi".

Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə üz-üzə gələcək.

Xəbər xətti