Quluzadəsiz darmadağın

23:52 - 6 Noyabr 2020

Moldova çempionatında XVIII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycanın millisinin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” doğma meydanda “Floreşti”yə qalib gəlib - 3:0.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amitin adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.

18 turdan sonra 37 xalı olan “Milsami” 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti