Ayxan Abbasov "Səbail"ə məğlubiyyəti şərh etdi

20:09 - 7 Noyabr 2020

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın IX turunda "Səbail"ə səfər məğlubiyyətini (1:2) şərh edib.

O, deyib:

"Oyunun çətin keçəcəyini bilirdik. Rəqib 4 oyundu ki, məğlub olmurdu. "Səbail"i analiz edəndə görmək olur ki, müdafiə planında komanda şəklində ən yaxşı çıxış edən kollektivlərdən biridi. Aftandil müəllimi təbrik edirəm. Bu gün məğlub olmaq istəmirdik. Axıra qədər oynadıq. Qol epizodları oldu, amma yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm ki, sonadək oyundan qopmadılar. Yığmanın görüşlərindən sonra çempionatda vacib oyunlar olacaq. Dövrəni yaxşı nəticə ilə yekunlaşdıracağımıza inanıram".

Xəbər xətti