Milli üzvü 11 dəqiqə oynadı

23:35 - 7 Noyabr 2020

Almaniya II Bundesliqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Hannover”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Nazarov da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana daxil olub.

Aue təmsilçisi 7 turdan sonra 9 xalla 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti