Nəbiyevli "Viktoriya" məğlub oldu

23:59 - 7 Noyabr 2020

Çexiya II liqasında VII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Usti nad Labem”ə uduzub - 1:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

7 turdan sonra 12 xala malik “Viktoriya” 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti