Milli üzvünün komandasından qələbə

13:45 - 8 Noyabr 2020

Ukrayna Premyer Liqasında IX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” doğma meydanda “Lvov”a qalib gəlib - 1:0.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Sarı vərəqə limiti səbəbindən cəzalı duruma düşən 32 yaşlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

“Aleksandriya” 9 turdan sonra 13 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti