İspaniya II Liqasında XI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Leqanes”lə qolsuz heç-heçə edib - 0:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Eddi 24-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 11 turdan sonra 10 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
