"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda "Sabah"la oyundan (1:0) sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, baş tutan mətbuat konfransında futboldan danışmaq istəmədiyini söyləyib:
"Bu gün dövlətimizi, xalqımızı, ordumuzu qələbə münasibətilə təbrik edirəm. İcazə verirsizsə, futboldan danışmaq istəmirəm. Biz çox şanslıyıq, belə tarixin şahidi oluruq. Hər bir zabitimizi, əsgərimizi öpüb, bağrımıza basırıq. İnşallah, bu yaxınlarda bütün Qarabağ bölgəsində bayrağımız sancılsın. Qələbə yaxındadı, hamını təbrik edirəm".
