Türkiyə I Liqasında IX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi "Boluspor" səfərdə "Akhisarspor"la heç-heçə edib - 2:2.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
9 turdan sonra hesabında 4 xal olan "Boluspor" 18 komanda arasında 17-cidi.
