Nağıyev darmadağının iştirakçısı oldu

12:16 - 9 Noyabr 2020

Moldova çempionatında XVIII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Kodru Lozova”ya qalib gəlib – 4:1.

Nağıyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

18 turdan sonra 24 xalı olan “Dinamo-Avto” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti