"Bavariya"nın futbolçusu üçün il erkən başa çatdı

12:48 - 9 Noyabr 2020

"Bavariya" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Yozua Kimmix uzun müddətə sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqanın VII turunda Dortmund "Borussiya"sı ilə görüşdə (3:2) zədələnən futbolçu dünən əməliyyat olunub. 25 yaşlı futbolçu ən tez yanvarda yaşıl meydanlara qayıdacaq.

Xəbər xətti