Millimizlə oyun üçün yeni futbolçu

16:21 - 9 Noyabr 2020

Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün Sloveniya millisinə daha bir futbolçu çağırılıb.

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Matyaj Kek  müqavilə ilə "Riyeka"ya (Xorvatiya) məxsus olan, hazırda "Nürnberq"də (Almaniya) icarə əsasında oynayan Adam Qnezda Çerini milliyə dəvət edib. 21 yaşlı oyunçu ilk dəfə yığmaya çağırılıb.

Noyabrın 11-i keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti