"Selta! baş məşqçisi Oskar Qarsiya ilə yolları ayırıb.
Sportal.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə birlikdə onun köməkçiləri də istefaya göndərilib.
47 yaşlı məşqçi ötən ildən "Selta"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2019-2020 mövsümünü 17-ci pillədə başa vurub. Viqo təmsilçisi hazırda da 9 oyuna 7 xalla 17-cidi.
