"Liverpul"un ÇL oyunu ləğv edilə bilər

11:32 - 10 Noyabr 2020

Çempionlar Liqasının qrup mərhələsinin VI turunun "Midtyullan" (Danimarka) - "Liverpul" (İngiltərə) oyunu ləğv edilə bilər.

Sportal.az xəbər verir ki, Danimarkada koronavirusun yeni növünün aşkarlanması səbəbindən bu görüş keçirilməyə bilər. "Daily Mail" yazır ki, ki, İngiltərə təmsilçisi sözügedən ölkədən qayıtdıqdan sonra 2 həftə karantində qalmalıdır. Bu isə komandanın planlarına uyğun gəlmir.

"Midtyullan" - "Liverpul" görüşü dekabrın 9-da keçirilməlidi.

Xəbər xətti