"Latsio"nun futbolçusu millimizə qarşı oynaya biləcək

13:43 - 10 Noyabr 2020

Monteneqro millisinin futbolçusu Adam Maruşiç UEFA Millətlər Liqasında Azərbaycanla oyunda iştirak edə biləcək.

Sportal.az xəbər verir ki, "Latsio"nun şərəfini qoruyan futbolçu yığmanın düşərgəsinə qoşulub.

İtaliya klubu futbolçularına millilərə getməyə icazə verməsə də, Maruşiç komandaya qoşulub. O, turnirin növbəti turlarında keçiriləcək Azərbaycan və Kiprlə oyunlarda iştirak edə biləcək.

Azərbaycan millisi noyabrın 14-də Monteneqro ilə qarşılaşacaq.

Xəbər xətti