Nikolov Azərbaycanı təbrik etdi

15:09 - 10 Noyabr 2020

Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.

Sportal.az xəbər verir ki, bolqarıstanlı funksioner bununla bağlı feysbuk hesabında paylaşım edib: "Qələbən mübarəkdir, Azərbaycan! Xalqınız üçün sülh və firavanlıq arzulayıram!".

Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.

Xəbər xətti