"Liverpul" ciddi itki ilə üzləşib. Mersisayd klubunun futbolçusu Trent Aleksandr Arnold sıradan çıxıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın VIII turunda "Mançester Siti" ilə matçda (1:1) zədələnən oyunçu tibbi müayinədən keçib və onun dekabr ayınadək yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Arnold Premyer Liqada 2, Çempionlar Liqasında isə 1 oyunu buraxmalı olacaq.
