"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi

17:31 - 10 Noyabr 2020

"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Florensiya təmsilçisini bundan sonra İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 63 yaşlı mütəxəssis bu postda Cüzeppe Yakinini əvəzləyib.

Son olaraq "Cenoa"ya rəhbərlik edən Prandelli daha əvvəl də "Fiorentina"nı çalışdırıb. O, 2005-2010-cu illərdə komandaya rəhbərlik edib və "bənövşəyilər"i Çempionlar Liqasına çıxaran sonuncu baş məşqçidi.

Xəbər xətti