Sloveniya millisinin baş məşqçisi Matyaj Kek sabah Lyublyanada Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan millisinin xarakterli komanda olduğunu söyləyib:
"Nə qədər ki bu komandanın baş məşqçisiyəm, hər hansı bir matçın nəticəsi, hətta yoldaşlıq görüşü də həmişə əhəmiyyətli olacaq. Qarşılaşmanın gedişi zamanı milli komandada daha az çıxış edənlərə və ya ilk dəfə dəvət alanlara şans verəcəyik. 6 əvəzetmə imkanımız olacaq, bir çox futbolçunu yoxlamaq istəyirik. Rəqibə gəlincə, Azərbaycan millisi özünəməxsus oyun tərzinə sahib, xarakterli, fiziki güclü komandadı".
