"Mançester Yunayted"də ciddi itki

11:03 - 11 Noyabr 2020

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou bir müddət komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının VIII turunun "Everton"la matçında (3: 1) bud əzələsindən zədələnən 25 yaşlı oyunçu bir ay müddətinə sıradan çıxıb.

Şou Premyer Liqanın 3, Çempionlar Liqasının 2 oyununu buraxacaq.

Xəbər xətti