Monteneqro - Azərbaycan oyununun hakimləri açıqlandı

14:10 - 11 Noyabr 2020

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşma rusiyalı hakimlərə tapşırılıb. Oyunu Sergey İvanov idarə edəcək. Ona yan xətlərdə Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Noyabrın 14-də Xorvatiyada "İvan Lalyak-İviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti