"Real" Beylə qiymət qoydu

16:38 - 11 Noyabr 2020

"Real" icarə əsasında "Tottenhem"də çıxış edən futbolçusu Qaret Beylin transfer qiymətini müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, Madrid klubu uelsli futbolçu üçün 15 milyon avro tələb edir.

Sentyabrda keçmiş klubu "Tottenhem"ə keçən 31 yaşlı futbolçunun icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulur. Premyer Liqa təmsilçisi "Real"la 2022-ci ilin yayına qədər müqaviləsi olan futbolçunu birdəfəlik almaqda maraqlıdı.

Xəbər xətti