Monteneqro yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Azərbaycan millisi ilə oyuna ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, müdafiəçilər Marko Simiç və Momçilo Raspopoviç qarşıdakı görüşü buraxacaqlar. Onlar cəza səbəbindən meydana çıxa bilməyəcəklər.
Noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
