Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gəlib. Matçd ahesabı Azərbaycan millisi açsa da, sonradan buraxdığı 2 topla məğlub olub.
Beləliklə, yığma qrup mərhələsini 6 xalla 6 komanda arasında 5-ci yerdə başa vurub.
12 noyabr
22:00. İsveçrə - Azərbaycan - 2:1
Qollar: Toma, 50, Stoyilkoviç, 90+1 - Ozancan Kökçü, 22
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”
