Andorra ilə yoldaşlıq matçı (7:0) Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, bu görüşlə 35 yaşlı hücumçu yığmanın heyətində 100-cu qələbəsini qazanıb. O, Avropada yığma ilə 100 qələbə səddinə çatan 4-cü futbolçu olub. İlk “3-lük”də ispanlar - Serxio Ramos (129), İker Kasilyas (121) və Xavi (100) yer alıb.
Ronaldo millidə ümumilikdə 102 qol vurub və 40 qolun ötürməsini verib.
