La Liqa klubunda yeni baş məşqçi

15:36 - 12 Noyabr 2020

"Selta”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Eduardo Kude çalışdıracaq. 46 yaşlı mütəxəssislə 2022-ci ilin yayınadək müddəti olan müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Oskar Qarsiyanı əvəzləyib.

Kude futbolçu karyerası ərzində 2002-ci ildə "Selta"da  oynayıb. Onun baş məşqçilik etdiyi son klubu Braziliyada "İnternasional" olub.

Xəbər xətti