Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib.
Qrup mərhələsinin III turunda “Neftçi”nin hücumçusu Prins İbaranın formasını geyindiyi Konqo yığması Esvatini ilə qarşılaşıb.
Konqolular bu oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar. Brazzavildə baş tutan oyun İbara üçün əlamətdar olub. Start heyətində meydana çıxan və 90-cı dəqiqədə əvəzlənən forvard qələbədə əsas pay sahiblərindən birinə çevrilib. 77-ci dəqiqədə hesabı açan forvard dörd dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Konqo qrupda ikinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
