Döyüşlərə ehtiyatda olan zabiq kimi könüllü qatılan “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycanın qazandığı böyük qələbə münasibətilə bütün xalqımızı təbrik edib.
Sportal.az xəbər verir ki, o, bununla bağlı özünün feysbuk səhifəsində paylaşım edib:
"Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm. Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm! Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm! Qalib Azərbaycan xalqına eşq olsun!".
