"Sabah" və "Keşlə"nin legionerləri Rusiyaya qarşı oynadı

12:28 - 13 Noyabr 2020

Moldova millisi yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, "Keşlə"nin qapıçısı Stanislav Namaşko ilə "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçukun formasını geyindiyi komanda Rusiya yığması ilə qarşılaşıb.

Kişinyovda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da bu oyunun iştirakçısı olublar. Start heyətdə meydana çıxan Namaşko sonadək mübarizə aparıb. Koçuk isə son 26 dəqiqədə meydanda olub.

Xəbər xətti