Neymar millidən kənarlaşdırıldı

15:40 - 13 Noyabr 2020

Braziliya millisinin lideri Neymar yığmaının qarşıdakı oyunlarında iştirak etməyəcək.

Sportal.az xəbər verir ki, zədəli olan PSJ-nin hücumçusu noyabrın ortalarına qədər meydana çıxa bilməyəcək.

Neymar millinin DÇ-2022-nin seçmə mərhələsində noyabrın 14-də Venesuela və 18-də Uruqvayla keçiriləcək qarşılaşmalarında meydanda olmayacaq. Onun artıq yığmanın heyətindən çıxarıldığı bildirilir.

Neymar Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Başakşehir-lə görüşdə bud əzələsindən zədələnmişdi.

Xəbər xətti