"Emil Balayevlə rəqabət aparmaq çətindi" - Şahruddin Məhəmmədəliyev

22:35 - 13 Noyabr 2020

UEFA Millətlər Liqasının qrup mərhələsində sabah Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu öncəsi təşkil olunmuş mətbuat konfransında Azərbaycan milli komandanın qapıçısı Şahruddin Məhəmmədəliy fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, yığmanın digər qolkiperi Emil Balayevlə rəqabət aparmağın çətin olduğunu söyləyib:

“Emil Balayevlə yaxşı həmkar, dost və qardaş münasibətimiz var. Onunla rəqabət aparmaq çətindi. Xalqımızın qələbə qazandığı vacib günlərdə biz də çalışacağıq meydandan qalib kimi ayrılaq”.

Xəbər xətti