Moyze Kin İtaliya millisinin düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu əzələ zədəsi olduğuna görə reabilitasiyasına davam etmək üçün klubu PSJ-yə qayıdıb.
Beləliklə, o, Millətlər Liqasının V turunda Polşa (15 noyabr), VI turunda isə Bosniya və Herseqovina ilə görüşlərdə (18 noyabr) iştirak edə bilməyəcək.
