UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Səbail”lə qarşılaşıb.
Qarşılaşma paytaxt klubunun 2:0 hesablı qələbəsilə başa çatıb. Aftandil Hacıyevin yetirmələrindən Amil Yunanovla Bahadur Həziyev fərqlənib.
