"Milan"ın baş məşqçisi koronavirusa yoluxdu

17:58 - 14 Noyabr 2020

"Milan"ın baş məşqçisi Stefano Pioli koronavirusa yoluxub.

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin karantinə alındığı bildirilib.

"Milan" A Seriyasında 7 oyundan sonra 17 xalla liderdi.

Xəbər xətti