UEFA təmsilçimizin oyununun vaxtını dəyişdi

12:47 - 15 Noyabr 2020

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində “Araz” (Azərbaycan) və AEK (Yunanıstan) arasında keçiriləcək oyunun tarixi dəyişdirilib.

Sportal.az xəbər verir ki, sözügedən matç əvvəlki tarixində- 29 noyabrda yox, 28 noyabrda baş tutacaq.

Afinada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Bu oyunun qalibi 1/16 final mərhələsinə yüksələcək.

Xəbər xətti