"Zirə" milliyə qalib gəldi

20:43 - 15 Noyabr 2020

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.

Xəbər xətti