"Fənərbağça"nın futbolçusu xəstəxanalıq oldu

11:02 - 16 Noyabr 2020

“Fənərbağça” ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, İstanbul klubunun qapıçısı Harun Tekin “Fatih Karagümrük”lə yoxlama oyununda (3:3) ağır zədə alıb.

Rəqib futbolçu Cimmi Durmazla mübarizə zamanı üzündən zərbə alan futbolçunun almacıq sümüyü sınıb. 31 yaşlı qolkiper dərhal xəstəxanaya aparılıb. Onun əməliyyat olunacağı bildirilir.

Xəbər xətti