Milli üzvü ABŞ klubu ilə müqavilə yenilədi

11:54 - 16 Noyabr 2020

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Feniks Rayzinq” klubu ilə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, sözləşmənin müddəti 2021-ci ilin sonuna qədərdir. Əvvəlki müqavilənin müddəti bu ayın sonunda bitəcəkdi.

Dadaşov “Feniks Rizinq”ə bu ilin yanvarında Almaniyanın “Proyssen Münster” klubundan keçib.

Rüfət geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.

Xəbər xətti