DÇ-2022: millinin səbəti dəqiqləşdi

13:59 - 16 Noyabr 2020

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki səbəti dəqiqləşib. Sportal.az xəbər verir ki, yığmamız püşk zamanı 5-ci səbətdə yer alacaq.

Ötən ay açıqlanan FIFA reytinqində 1175 xalla 114-cü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb.

Lüksemburqla oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan yığmasının 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil

Püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

Xəbər xətti