"Qarabağ"ın rəqibinin futbolçusu məşqlərə başladı

14:19 - 16 Noyabr 2020

UEFA Avropa Liqasının IV turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor"un zədəli futbolçusu Jorge Feliks məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, zədədən qayıdan futbolçu yüngü hazırlıqlarla kifayətlənir.

Komandalar arasında keçirilən ilk oyunda təmsilçimiz 0:2 hesabı ilə məğlub olub.

"Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" oyununa noyabrın 26-da Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Xəbər xətti