Azərbaycan klubunun üzvündən millidə rekord

14:51 - 16 Noyabr 2020

Moldova yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Yunanıstanla ev oyunu komandanın qapıçısı Stanislav Namaşko üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, "Keşlə" klubunda çıxış edən qolkiper millidə 50-ci matçını keçirib. Bu, indiyədək yığmanın formasını geyinmiş qapıçılar arasında rekord göstəricidi.

Moldova - Yunanıstan matçı meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər xətti