"Liverpul" daha bir müdafiəçisini itirdi

15:59 - 16 Noyabr 2020

"Liverpul" daha bir futbolçusunun xidmətindən məhrum olub.

Sportal.az xəbər verir ki, "qırmızılar"ın sol cinah müdafiəçisi Endyru Robertson zədələnib.

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Şotlandiya yığmasına dəvət alan futbolçu millinin düşərgəsində sıradan çıxıb. Bu üzdən də o, Slovakiya ilə oyun ərəfəsində yığmanın heyətindən kənarlaşdırılıb. 26 yaşlı futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

"Liverpul"da Vircil Van Dayk, Trent Aleksandr-Arnold və Co Qomez də zədəlidi. Məhəmməd Salah isə koronavirusa yoluxub.

Xəbər xətti