"Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük".
Sportal.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra instaqram hesabında yazıb.
24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matça hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".
Sabah "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
