Millimiz Lüksemburqla heç-heçə etdi - YENİLƏNİB

01:40 - 18 Noyabr 2020

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.

Yığmamız Lüksemburqun qonağı olub. "Jozi Bartel" stadionunda keçirilən matçda hesab açılmayıb - 0:0.

Milli ötən tur B Liqasına yüksəlmək şansını itirsə də, bu tur qrupda sonuncu olmamaq baxımından əhəmiyyətli idi. Lüksemburqla heç-heçə yığmanın xalını 6-ya çatdırmasına səbəb olub. Digər görüşdə Kipr Monteneqroya uduzduğundan (0:4) 4 xalda qalaraq millimizi geridə qoymağı bacarmayıb.

Monteneqro 13 xalla qrup qalibi olub. Lüksemburq 10 xalla ikinci yeri tutub.

Millətlər Liqası
C liqası, I qrup

VI tur

17 noyabr

23:45. Lüksemburq - Azərbaycan - 0:0
Qaçırılan penalti:
 Sinani, 45+2

Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. "Jozi Bartel" stadionu

Xəbər xətti