İspaniya Almaniyanı darmadağın etdi, Fransadan qələbə

01:49 - 18 Noyabr 2020

Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.

Sportal.az xəbər verir ki, ilk gündə 9 matç baş tutub. Ən gözlənilməz nəticə İspaniyada qeydə alınıb. İspanlar Almaniyanı darmadağın edib - 6:0.

C Liqasının I qrupunda yer alan Azərbaycan yığması Lüksemburqun qonağı olub. Görüşdə hesab açılmayıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur

17 noyabr

A Liqası
III qrup


23:45. Xorvatiya – Portuqaliya - 2:3

23:45. Fransa – İsveç - 4:2


A Liqası
IV qrup


23:45. İspaniya – Almaniya - 6:0

23:45. İsveçrə – Ukrayna (təxirə salınıb)


C liqası
I qrup


23:45. Monteneqro – Kipr - 4:0

23:45. Lüksemburq – Azərbaycan - 0:0


D liqası
I qrup


23:45. Andorra – Latviya - 0:5

23:45. Malta – Farer adaları - 1:1


D liqası
II qrup


23:45. Cəbəllütariq – Lixtenşteyn - 1:1

Xəbər xətti