"Qalatasaray"ın daha 3 futbolçusu koronavirusa yoluxdu

15:42 - 17 Noyabr 2020

"Qalatasaray" koronavirusla bağlı son testlərin nəticələrini açıqlayıb.

Sportal.az xəbər verir ki, daha 3 futbolçuda infeksiya aşkarlanıb. Virusa yoluxan oyunçuların adları açıqlanmayıb. Onların karantinə alındıqları bildirilib.

İstanbul klubunda koronavirusa yoluxan futbolçuların ümumi sayı 5-di.

Xəbər xətti